• çərşənbə, 24 Aprel, 19:51
  • Baku Bakı 23°C

“Sanki dəfndəyik, mundialda yox”

15.06.18 12:30 738
“Sanki dəfndəyik, mundialda yox”
İspaniya yığmasının kapitanı Serxio Ramos Xulen Lopeteqinin qovulmasından sonra düşərgədəki durum barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ramos əhval-ruhiyyənin yerində olmadığını etiraf edib. O bildirib ki, İspaniya yığmasının maraqları şəxsi maraqlardan üstün olmalıdır:
"Sanki dünya çempionatında yox, dəfndəyik. Ən tez zamanda özümüzə gəlməliyik. Xulen Lopeteqi komandamızın bir hissəsi idi. Ancaq hesab edirəm ki, İspaniya yığması şəxsi maraqlardan üstün olmalıdır.
Bir kapitan kimi məni baş verənlər barədə məlumatlandırmışdılar. Ancaq qərarları mən yox, başqaları verir. Daha bu hadisəni yaddan çıxartmalıyıq. Bizi Avropa çempionları ilə oyun gözləyir. Bu hadisəni nə qədər tez yaddan çıxartsaq, bir o qədər yaxşı olar”.
banner

Oxşar Xəbərlər