• cümə axşamı, 18 aprel, 14:00
  • Baku Bakı 22°C

Sançesə fantastik təklif

11.08.17 12:20 2278
Sançesə fantastik təklif
"Arsenal” Aleksis Sançesə yeni təklif irəli sürüb.
Komanda.az xəbər verir ki, "topçular” futbolçuya həftədə 300 min funt məvacib verməyə razıdır. Sançes bu təklifi qəbul etsə, Premyer Liqada ən ödənişli futbolçu olacaq.
Hazırda 28 yaşlı futbolçunun həftəlik məvacibi 140 min funtdur. Premyer Liqanın ən ödənişli futbolçusu "Mançester Yunayted”in oyunçusu Pol Poqbadır. Onun həftəlik məvacibi 290 min funtdur.
Sançesun qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır. Onunla PSJ və "Mançester Siti” maraqlanır.
banner

Oxşar Xəbərlər