• şənbə, 20 Aprel, 09:47
  • Baku Bakı 14°C

Sançes “Arsenal”dan niyə gedib?

23.01.18 11:25 794
Sançes “Arsenal”dan niyə gedib?
Mançester Yunayted”ə keçən Aleksis Sançes "Arsenal” azarkeşləri ilə vidalaşıb.
Kaspi.az xəbər verir ki, Sançes "instaqram”da azarkeşlərə, klub əməkdaşlarına müraciət edib. O, komandadan ayrılmasını Anrinin gedişi ilə müqayisə edib:
"Topçular”a sağ ol deyirəm! Məşqçilərə, tibb heyətinə, komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Onlarla xoş anları bölüşmüşəm. Pərdə arxasında qalan insanlara – aşpazlara, adminstratora, aqronomlara ayrıca təşəkkür etmək istəyirəm. Onlarsız komanda mövcud ola bilməz. Hər gün inkişaf etməyimə yardım etdiyiniz üçün hər birinizə minnətdaram.
Klubda olduğum son günə qədər komanda üçün bütün qüvvəmi sərf etdim. "Arsenal”ın əfsanəvi futbolçusu Anrinin komandanı tərk edərkən dediyi sözləri xatırlayıram. Mən də klubu məhz həmin səbəblərə görə tərk edirəm.
"Arsenal”da yaşadığım yaxşı məqamları bütünlüklə azarkeşlərə həsr edirəm. Onlar klubun əsas hissəsidir. Çox sağ olun ki, mənim şərəfimə "Balaca Aleksis Sançes” oxuyurdunuz”.
Sançes "Arsenal”da 112 oyun keçirib, 60 qol vurub.
banner

Oxşar Xəbərlər