Samuxda orta məktəbə Milli Qəhrəman Eltun İsgəndərovun adı verilib
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adı verilib.
Trend-in məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.