AZE | RUS | ENG |

Samuxda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Samuxda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib
Samux Rayon İcra hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən ikigünlük seminar-müşavirə öz işini başa çatdırıb. 

Yuxarı sinif şagirdləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Dövlət Komitəsinin sifarişi  ilə çəkilən sənədli filmlərin dini maarifləndirmə və radikalizmə qarşı mübarizə tədbirlərində çox böyük mənəvi-psixoloji təsirə malik olduğunu qeyd edib. Bildirib ki, Dövlət Komitəsi digər dövlət qurumları, yerli icra hakimiyyətləri, vətəndaş cəmiyyətləri institutları, ictimaiyyət nümayəndələri, ölkə dindarları  ilə birgə bütün ölkə üzrə dini maarifləndirmə tədbirləri keçirir. Ölkəmizdə dövlət-din münasibətləri, xalqımızın multikultural və tolerantlıq ənənələrinin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, dini konfessiyalara maddi yardım ayrılması, dini ibadət yerlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması haqqında danışan birinci müavin Azərbaycanın dövlət-din modelinin bütün dünyaya nümunə olduğunu qeyd edib. Vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uzaqgörən və məqsədyünlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva "Dini təbliğat və sosial şəbəkələr” mövzusunda təqdimatla çıxış edib. Y.Əliyeva qeyd edib ki, gənclərin və yeniyetmələrin sosial şəbəkədən istifadəsi geniş xarakter aldığına görə bu sahəyə daha çox diqqət ayrılmalıdır. Dini radikal qruplar sosial şəbəkələrdən istifadə etməklə öz zərərli fikirlərini daha geniş auditoriyaya, əsasən də gənclər arasında yaymağa çalışırlar. Y.Əliyeva bildirib ki, daha az vaxt və enerji sərf etməklə, yaş, cins, etnik, dini fərqlər qoymadan, auditoriyaya nəzarət etməklə sosial şəbəkədən dini təbliğat üçün ən effektiv vasitə  kimi istifadə olunur. 
 
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli çıxışında bildirib ki, cəmiyyəti narahat edən məsələlərdən biri də gənclərin radikal dini qrupların təsiri altına düşməsidir. Gənclərin dini sahədə biliklərinin yetərincə olmaması, mövcud situasiyanı düzgün qiymətləndirməməsi qısa zamanda radikal dini qruplaşmaların təsiri altına düşməsinə zəmin yaradır. Bəzən gənclər təhlükəni nəzərə almadan sırf maraq xatirinə radikal qruplarla ünsiyyətə girirlər. Bunun qarşısını almağın ən effektiv yolu dini olduğu kimi gənclərə öyrətmək, onları milli-mənəvi dəyərlərə, Vətənə, dövlətçiliyə bağlılıq ruhunda tərbiyə etməkdir. Gənclər din haqqında düzgün məlumatları mənimsəməli, onun mənəvi-əxlaqi, humanist baxışlarını öz həyat prinsiplərinə çevirməlidirlər. 

Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini ekstremizmə qarşı hüquqi müstəvidə həyata keçirilən tədbirlərdən, eləcə də Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin məqsəd və əsas prinsiplərindən bəhs edib. 

Tədbirin sonunda dini radikalizmlə mübarizə və maarifləndirmə məqsədi ilə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN