• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

Samuxda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb

02.01.18 23:25 1333
Samuxda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb
Samuxda ağır yol-nəqliyyat hadisəsibaş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda baş verib. "QAZel” və "VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər