Samuxda 2 otaqlı ev yanıb
Samuxda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.