• şənbə, 20 Aprel, 08:42
  • Baku Bakı 14°C

Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq

10.06.19 13:30 475
Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq
Samur çayı üzərində körpünün inşası ilin sonuna qədər yekunlaşacaq, demək olar ki, işlərin artıq 50%-i tamamlanıb.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında bildirib.
Diplomat deyib: "Samur çayı üzərində körpünün inşası davam edir. İşlərin 50 faizindən çoxu tamamlanıb. Tikinti işləri ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başa çatmalıdır".
Xatırladaq ki, körpünün inşası ilə bağlı layihə 2013-cü ilin avqustunda Rusiya ilə Azərbaycan hökumətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, yeni körpü 1957-ci ildə tikilmiş əvvəlki körpünü əvəz edəcək.
banner

Oxşar Xəbərlər