• cümə, 19 Aprel, 13:11
  • Baku Bakı 25°C

Samsunda beynəlxalq konfrans keçirilib - Fotolar

12.10.18 11:23 497
Samsunda beynəlxalq konfrans keçirilib - Fotolar
Avropanın məşhur universitetlərinin elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq konfrans Türkiyənin Samsun Böyükşəhər bələdiyyəsi və Atakum rayon bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirildi. Uç gün davam edən beynəlxalq konfransda İtaliyanın Marconi Universitetinin professorları Pasquelo Peluso, Angelo Arciero, Marzia Rossi, Sloveniyanın Ljubljana Universitetinin müəllimi Valentina Fransa, Ankara Universitetinin professoru Şəbnəm Akipək Öcal, Samsun 19 Mayıs Universitetinin dosenti Öznür Umit və başqalarının məruzələri dinlənilib.
Konfransda Bakı Dövlət Universitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov "Müasir dünya düzənində Azərbaycan-Türkiyə strateji və iqtisadi əlaqələri mətbuatda” mövzusunda məruzə edib. Məruzədə müstəqillik dövründə Türkiyə və Azərbaycan əlaqələrinin vüsəti, enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin güclü siyasi iradəsi nəticəsində baş tutub. Ermənistan dövlətinin təcavüzkar siyasəti və Dağlıq Qarabağ probleminin həllinin ləngidilməsi bütün bölgənin inkişafı üçün mane olduğu, Cənubi Qafqazda sülhün pozulmasında önəmli faktor olduğu diqqətə çatdırılıb. Məruzəçi konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Beynəlxalq konfransın təşkilat komitəsinin üzvü Sezayi Çağlar bildirib ki, ilk olaraq Samsunda düzənlənən konfransın gələcəkdə Almaniya, Avstriya, İtaliya və Hollandiyada da gerçəkləşdirilməsi üçün danışıqlar aparılır. O, qeyd edib ki, Azərbaycanda da belə bir konfransın keçirilməsi mümkündür. Azərbaycan-Türkiyə əlaqələrinin vüsəti, bu sahədə həyata vəsiqə alan tədbirlərin inkişaf tendensiyası və Avropaya enerji istehlak edən Azərbaycana olan maraq da bunu vacib edir. Təşkilat komitəsinin gündəmində də Bakıda beynəlxalq konfrans keçirilməsi qərarı var.







banner

Oxşar Xəbərlər