«Samson və Delila» operası ekranda nümayiş olundu
Metropoliten
Operanın xüsusi işi hesab edilən, Fransa bəstəkarı, Kamil Sen Sansin məşhur
«Samson və Delila» operası Park Cinema Fleym Tauersdə (Alov Qülləri) a nümayiş
olundu. Bu tamaşa MET-in
(Metropolitan Operanın) 2018-2019-cu illər mövsümünün «HD ilə canlı» (Live in
HD) proqramını açıq elan etdi. ABŞ-ın Azərbaycandakı Səfirliyinin mədəniyyət və
təhsil məsələləri üzrə müşaviri Haydi Smit Metropoliten Operasının
texnologiyalarının Azərbaycana gətirilməsini fərəhlə qeyd etdi: «Nyu-York
Metropoliten Operası özünün son texnologiyaları ilə qürur duyur. Teatr hər il
200-dən çox tamaşa göstərir. Bu tamaşalarda 800 mindən çox insan iştirak edir.
Nəhayət, bu möhtəşəm teatr yeni texnologiyaları ilə Azərbaycandadır».
Nyu-York şəhərindəki
Metropolitan Opera tamaşalarının dünya üzrə kino ekranlarında nümayişi ənənəsai
2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edib. Bu il 2200-dən sox teatr
layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə yeni tamaşaçılara təqdim
olunur.
Məşhur opera ölkələr gəzir,
MET-in təsiri «Samson və Delila» tamaşası dünyaca məşhur opera ulduzlarının
iştirakı ilə qurulub: Elina Qarança – Delila Robero Alaniya-Samson və Azərbaycanlı
Elçin Əzizov-Abimeleç rollarında çıxış edirlər. Tamaşaçılara Elçin Əzizovun
opera haqqında, eləcə də MET-lə (Metropolitan Opera ilə) canlı HD proqramı
haqda xüsusi video mesajı təqdim olundu. Nümayiş Park Cinema şəbəkəsi və Sıx əlaqələr
Sənət Assosiasiyasının (Cool Connections Art Association) maliyyə dəstəyi ilə və
Bakıdakı ABŞ səfirliyinin dəstəyi ilə təqdim olunur.