• cümə, 29 Mart, 02:14
  • Baku Bakı 7°C

Sampaoli ona ümid verdi, DÇ-yə getmək şansı var

27.03.18 15:10 710
Sampaoli ona ümid verdi, DÇ-yə getmək şansı var
Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli "Yuventus”un futbolçusu Paulo Dibala barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sampaoli Dibalanı ümidləndirib. O, Paulonun dünya çempionatına getmək şansının olduğunu bildirib:
"Dibalanın DÇ-yə getməyəcəyini iddia etmək düzgün deyil. Mən onu yoxlama görüşlərinə çağırmamışam. Çünki başqa futbolçuları da sınamaq istəyirdim.
Beynimdə Paulo ilə bağlı variantı hələ də götür-qoy edirəm. Onun DÇ-yə getmək şansı var”.
Bir müddət əvvəl Lionel Messi bildirmişdi ki, Dibala ilə birgə meydanda olmaq ona çətinlik yaradır. Çünki Paulo da Messinin hərəkət etdiyi zonada qərarlaşır.
banner

Oxşar Xəbərlər