• cümə, 29 Mart, 03:26
  • Baku Bakı 7°C

Samirlə İtaliyanın 2 top-klubu maraqlanır

12.07.17 12:27 1441
Samirlə İtaliyanın 2 top-klubu maraqlanır
Samir Nəsrinin növbəti mövsümdə hansı komandada oynayacağına hələ də aydınlıq gəlməyib.
Kaspi.az xəbər verir ki, futbolçunun meneceri Alen Milyatso bu məsələ ilə bağlı danışıb. O, müştərisinə İtaliyanın 2 top-klubunun maraq göstərdiyini bildirib:
"Nəsri hələ "Mançester Siti” məxsusdur. Biz isə təklifləri nəzərdən keçiririk. Çinə getmək variantı da var. İtaliyanın 2 top-klubu da Samirin xidmətlərində maraqlıdır. Hazırda həmin komandalarla danışıqları davam etdiririk”.
30 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Sevilya”da keçirib. O, ötən mövsüm İspaniya çempionatında 23 oyun keçirib, 2 qol vurub, 3 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər