• şənbə, 20 Aprel, 03:27
  • Baku Bakı 15°C

Samir Şərifov: Sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək

06.11.18 16:14 486
Samir Şərifov: Sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək
Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu fikri Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək:
"Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə, hərbi qulluqçular, şəhid ailələri və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrıca vəsait nəzərdə tutulub".
banner

Oxşar Xəbərlər