AZE | RUS | ENG |

Samir Şərifov: Problemli kreditlərlə bağlı mexanizm hazırdır

Samir Şərifov: Problemli kreditlərlə bağlı mexanizm hazırdır
Azərbaycanda problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin tərəfindən verilən fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

S.Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır:

"Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779