• cümə, 29 Mart, 11:14
  • Baku Bakı 5°C

Samir Şərifov: "Makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik"

11.04.18 12:16 677
Samir Şərifov: "Makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik"
"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik".

"APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziriSamir Şərifovməlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədriElman Rüstəmovtərəfindən kifayət qədər ətraflı məlumat verilib.

S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib .
"Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir", - deyə S.Şərifov vurğulayıb.
banner

Oxşar Xəbərlər