• cümə, 29 Mart, 04:13
  • Baku Bakı 7°C

Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq

27.11.18 14:45 573
Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq
Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək.
Onun sözlərinə görə, xərclərin ÜDM-də xüsusi çəkisi 2018-ci illə müqayisədə 0,7 faiz artaraq 30,7 faiz təşkil edəcək.
banner

Oxşar Xəbərlər