AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Samir Bağırova Türkiyədən təklif gəlib

Samir Bağırova Türkiyədən təklif gəlib

Mədəniyyət
30 Noyabr 2012, 10:30 2702
Müğənni Samir Bağırov türkiyəli həmkarından təklif alıb.

“Azadinform”un xəbərinə görə, Samir Türkiyənin üzdə olan sənətçilərindən Demet Akalından Bakıda birlikdə konsert vermək təklifi alıb. Bu barədə Samirin prodüseri, stilist Samir Əliyev də deyib: “Mənə Türkiyədən zəng gəldi. Demet Akalının Bakıda ilk dəfə konsertini keçirmək istəklərini bildirdilər. Onlar dedilər ki, Samir Bağırov nə cür məkanda konsert vermək istəyir? Mən də onlara bildirdim ki, o, klubda oxumaq istəyir. Yəni istənilən məkanda onun oxuması mümkündür, təbii ki, əgər şərtlər uyğun olsa. Onlar məndən Samirin nə qədər qonorar istədiyini də soruşdular. Konserti Yeni ildə reallaşdırmaq istədiklərini dedilər. Amma belə az vaxtda konsert təşkil etmək bir az çətindir, reklam işləri-filan tələb olunur”.

S.Əliyev hələ ki, danışıqların davam etdiyini deyərək, əlavə edib ki, ola bilsin, təklif müsbət dəyərləndiriləcək.