• cümə axşamı, 28 mart, 21:53
  • Baku Bakı 13°C

Sami Yusuf: “Baki Şopinq Festivali Azərbaycani tanitmaq üçün gözəl imkandir”

02.05.17 12:43 1676
Sami Yusuf: “Baki Şopinq Festivali Azərbaycani tanitmaq üçün gözəl imkandir”
Dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf Bakı Şopinq Festivalını Azərbaycan iqtisadiyyatı üçün vacib hadisə adlandırıb.
O, festivalın rəsmi saytıbakushopfest.com-a müsahibəsində bildirib ki, Bakı Şoppinq Festivalı gələcək illərdə nəinki Azərbaycan, bütün regionda böyük əhəmiyyət kəsb edəcək."Bu festival Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhvəsini verməklə bərabər, bu gözəl ölkəyə turistlərin gəlişi üçün böyük stimul yaradacaq. Mən əminəm ki, turistlər Azərbaycanı sevəcəklər. Bu təşəbbüs kommersiya aspektindən əlavə, həm də Azərbaycanın özünəməxsus mədəniyyətini və tarixini nümayiş etdirmək üçün gözəl imkandır”.
Sami Yusuf əmindir ki, xarici qonaqlar Azərbaycana səfərlərindən həzz alacaqlar və növbəti illərədə yenidən bu ölkəyə səfər edəcəklər.
Xatırladaq ki, ilk albomu "Al-Muallim”-lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar "Time” jurnalı tərəfindən ‘İslamın Ən Böyük Rock Ulduzu ” və ” Dünyanın Ən Məşhur İngilis Müsəlmanı” elan olunub.
banner

Oxşar Xəbərlər