AZE | RUS | ENG |

Sambo yığmamız beynəlxalq turniri 5 medalla başa vurub

Sambo yığmamız beynəlxalq turniri 5 medalla başa vurub
Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda "A” kateqoriyalı beynəlxalq turnir oktyabrın 6-da başa çatıb.

Yarışlarda Azərbaycanın sambo üzrə yığma komandasının tərkibində Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Fuad Məmmədov (62 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Abdulla Abdullayev (74 kq) və Ceyhun Hüseynov (82 kq) mübarizə aparıblar.

Sambo üzrə yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycan yığması beynəlxalq turniri uğurla başa vurub. İdmançılarımızdan 4-nün yalnız finalda məğlub olduğunu bildirən baş məşqçi deyib: "Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Abdulla Abdullayev (74 kq), Emil Həsənov (68 kq) gümüş medal qazanıblar. Fuad Məmmədov (62 kq) isə turniri üçüncü pillədə başa vurub”.

O, həmçinin qeyd edib ki, bu turnir Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xalı verən son yarış olduğu üçün xüsusi əhəmiyyət daşıyırdı. "Bir aydan sonra komandamız Buxarestdə kişilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək. Mundial həm də Minskdəki Avropa Oyunlarına ən yüksək xal verən əsas yarışdır”, deyə o əlavə edib.

Qeyd edək ki, Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda "A” kateqoriyalı beynəlxalq turnir oktyabrın 4-də start götürmüşdü. Rumıniyanın paytaxtı Buxarestdə kişilər arasında dünya çempionatı isə noyabrın 8-dən 12-dək keçiriləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000