• çərşənbə axşamı, 23 aprel, 22:16
  • Baku Bakı 20°C

Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdi

15.07.15 16:04 1477
Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdi
Şamaxının millət vəkil Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı keçirilib. Millət vəkilinin qatıldığı toplantıda iqtisad elmləri namizədi, professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində 110-dan artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ensiklopediyanın yaradıcı heyətinin üzvləri iştirak ediblər.
Tədbirdə millət vəkili Elxan Süleymanov çıxış edib. Bir neçə gündən sonra 88-ci ad gününü qeyd edəcək Babaxan Niyazlını təbrik edərək ona cansağlığı, gələcək elmi araşdırmalarında uğurlar arzulayıb. Babaxan Niyazlı minnətdarlığını bildirib, Şamaxı ilə bağlı ensiklopediya yaradılmasını çoxdan arzuladığını, layihənin gerçəkləşməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini qeyd edib. Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev Şamaxı ensiklopediyasının elektron versiyası - www. shamakhi-encyclopedia.az portalının cari işləri ilə bağlı məlumat verib. Sonda Elxan Süleymanov Şamaxı ensiklopediyasının Elmi-Redaksiya Şurasının üzvlərinə və yaradıcı heyətə tezliklə işıq üzü görəcək “Şamaxı Ensiklopediyası” kitabı ilə bağlı tövsiyyələrini çatdırıb.
banner

Oxşar Xəbərlər