• cümə, 26 Aprel, 18:06
  • Baku Bakı 22°C

Şamaxıda tikintidə qaldırıcı kran aşıb, ölən var

25.05.20 15:44 846
Şamaxıda tikintidə qaldırıcı kran aşıb, ölən var
Mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb.
TƏBİB-dənAPA-ya verilən məlumata görə, onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib.
Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.
***
saat 13:59
Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb.
Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər - Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlardan birinin vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər