• cümə axşamı, 18 aprel, 08:10
  • Baku Bakı 12°C

Şamaxıda Sabirin məzarı ziyarət ediləcək

29.05.14 12:29 1416
Şamaxıda Sabirin məzarı ziyarət ediləcək
Sabir Fondunun prezidenti Sevda Tahirli bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi şairin yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir: "Fond fəaliyyətdə olduğu müddətdə Sabirin ədəbi irsinin təbliği və tədqiqi istiqamətində müxtəlif layihələr həyata keçirib. Fondun əsas vəzifələri Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, gənc tədqiqatçıları şairin irsinin öyrənilməsinə cəlb etmək, ədibin yaradıcılığını beynəlxalq aləmdə tanıtmaqdır".
S.Tahirli əlavə edib ki, Sabir Fondu Azərbaycan dilinin qorunması, təbliği istiqamətində də bir sıra layihələrə imza atıb: "Mətbuatda, televiziyalarda Azərbaycan dilinin düzgün istifadə olunması istiqamətində Sabir Fondu hər zaman öz töhfəsini verməyə çalışıb. Bununla bağlı bizim gələcəkdə də bir sıra yeni layihələrimiz olacaq. Qeyd etmək istərdim ki, mayın 30-da Şamaxıda Sabirin məzarı ziyarət olunacaq, müxtəlif rayonlarda Sabirə həsr olunan tədbirlər keçiriləcək. Fondun təşkilatçılığı ilə məktəblilər arasında Sabir şeirlərinin bədii qiraəti müsabiqəsi də keçirilir. Arzu edərdim, bu ənənənin əsası təkcə Şamaxıda yox, digər rayonlarda qoyulsun"./apa/
banner

Oxşar Xəbərlər