AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şamaxıda restoranda toy edənlər cərimələnib

Şamaxıda restoranda toy edənlər cərimələnib

Kriminal
03 Mart 2021, 14:00 174
Şamaxıda "Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polislər tərəfindən həmin restorana baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub. Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.