• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

Şamaxıda doqquz ayda diri çəkidə 3705 ton ət istehsal olunub

05.10.17 09:10 932
Şamaxıda doqquz ayda diri çəkidə 3705 ton ət istehsal olunub
Şamaxı heyvandarları doqquz ayı yaxşı göstəricilərlə başa vurublar.
Rayon Statistika İdarəsindənAZƏRTAC-a bildirilib ki, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, doqquz ayda rayonda diri çəkidə 3705 ton ət istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 46 ton çoxdur. Habelə, süd istehsalı 147 ton artaraq 16 min 686 tona, yumurta 8000 ədəd artaraq 9 milyon 903 min ədədə çatıb. Bölgədə yun istehsalı da 1,9 ton artıb və 380,7 ton olub.
Şamaxıda heyvandarlıq əksər ərazi vahidlərində, xüsusən Quşçu, Göylər, Çaylı və bir sıra digər yerlərdə sürətlə inkişaf edir.
banner

Oxşar Xəbərlər