• cümə, 26 Aprel, 21:21
  • Baku Bakı 22°C

Şamaxıda ayı toy həyətinə girdi, iki nəfəri parçaladı

24.06.13 08:12 2001
Şamaxıda ayı toy həyətinə girdi, iki nəfəri parçaladı
Şamaxı Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə iyunun 23-də axşam saatlarında rayonun Qaladərəsi və Çeşmədil kəndlərində baş verib.
Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər.
Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. F. Nuriyeva bədəninin müxtəlif nahiyələrindən dişlək və cırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib.
Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. O, ölümcül xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
banner

Oxşar Xəbərlər