• cümə axşamı, 28 mart, 23:00
  • Baku Bakı 13°C

Şamaxıda avtomobil gölə düşüb, sürücü ölüb

05.07.18 21:09 668
Şamaxıda avtomobil gölə düşüb, sürücü ölüb
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nən yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Hacıqədirli kəndində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb. Avtomobil suda tamamilə batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev avtomobilin içində suda boğularaq ölüb. Ölən şəxsin meyitinin və avtomobilin sudan çıxarılması üçün hazırda tədbirlər görülür.

FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər