AZE | RUS | ENG |

Samarada da “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib

Samarada da “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib
Rusiyanın Samara şəhərində "Azərbaycan” diaspor təşkilatının İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda "Azərbaycan” diaspor təşkilatının sədri Elmar Rəsulov Azərbaycana son səfər təəssüratlarını bölüşüb. Yığıncaqda Xocalı faciəsinin ildönümünü qeyd etmək üçün hazırlıq qərarı verilib.

Həmçinin  "Azərbaycan”  və "Ozan" cəmiyyətlərinin 1991-ci ildə 20 Yanvar faciəsi haqqında birgə çəkdikləri "Hüznlü ana” sənədli filminin CBC kanalında yayımlanmasına görə, bu kanalın rəhbərliyinə təşəkkür edilib.

Toplantıda Elmar Rəsulov İdarə həyətinə Diaspor Jurnalistləri Birliyinin fəaliyyəti haqqında da geniş məlumat verib. Daha sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin 5 qitədə yaşayan həmyerlilərimizin həyat və fəaliyyətindən bəhs edən "Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Fuad Hüseynzadənin bu kitabın ərsəyə gəlməyində səyi yüksək qiymətləndirilib. Elmar Rəsulov belə kitabların xaricdəki soydaşlarımızın bir araya gəlməsində əhəmiyyətli rolu olduğunu  deyib: "Bu kitab insanları birliyə, həmrəyliyə səsləyir. Fuad Hüseynzadə kimi vətənpərvər insanların sayı nə qədər çox olsa, bir o qədər insanlarda inam yaranar. Birlik yaradıb bütün çətinliklərin öhdəsindən gələrik...”

Xatırladaq ki, "Dünya azərbaycanlılarının palitrası” kitabının Rusiyanın Krasnoyarsk və Moskva şəhərlərində də təqdimatı olub. Ümumi olaraq isə kitabın İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya və Litvada da təqdimatı keçirilib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN