Şam yeməyi təşkil etdi, onları barışdırdı
PSJ-in düşərgəsində ab-havanın yaxşı olmadığı barədə məlumat vermişdik.
"Lion”la oyunda Kavani ilə Neymar mübahisə etmişdi. Bu mübahisənin
yaranmasında Alveşin də rolu olmuşdu. O, cərimə zərbəsini yerinə yetirmək
istəyən Kavanidən topu alaraq, həmyerlisinə vermişdi.
Kaspi.az xəbər verir ki, Alveş durumu nizamlamaq üçün şam yeməyi
təşkil edib. O, şam yeməyinə Kavani ilə Neymarı dəvət edərək, onları
barışdırıb.
Məlumata görə, Neymar "Lion”la qarşılaşmada aşırı emosionallıq
nümayiş etdirdiyi üçün komanda yoldaşlarından da üzr istəyib.