• cümə axşamı, 18 aprel, 13:12
  • Baku Bakı 22°C

SAM Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirib

16.05.18 11:10 627
SAM Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirib
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Bakıda konfrans keçirib.
APA-nın xəbərinə görə, konfransında çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov konfransın əhəmiyyətindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, həyata keçirdiyi islahatlar, dövlətçilik siyasəti haqqında geniş məlumat verib.
F. Məmmədov əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi missiyası və dövlət quruculuğu siyasəti sovet dövründə çox az təbliğ olunub: "Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra Xalq Cümhuriyyəti haqqında yüzlərlə tədqiqatlar aparılıb, yeni əsərlər çap olunub. Ən əsası da xarici müəlliflər tərəfindən çox dəyərli əsərlər yazılıb. Bu fakt göstərir ki, Xalq Cümhuriyyətinin cəmi 23 ayda bütün sahələrdə həyata keçirdiyi siyasət xarici müəlliflər üçün də maraqlıdır, onu öyrənmək və təbliğ etməkdə qərarlıdırlar”.
Kazan Federal Universitetinin Beynəlxalq Münasibətlər, Tarix və Şərqşünaslıq İnstitutunun direktor müavini Dilara Umsanova, Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Ege Universitetindən Dr. Sabahaddin Şimşir və SAM-ın şöbə müdiri Tahirə Allahyarova Cümhuriyyət dövrü tarixinə dair məruzə ilə çıxış ediblər.
Tədbirdə qeyd olunub ki, Xalq Cümhuriyyətinin bizim tariximizdə müstəsna əhəmiyyəti var və bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir.
Tədbir SAM-ın aparıcı elmi işçisi Araz Qurbanovun moderatorluğu ilə "Şərqdə ilk demokratik və dünyəvi dövlət: Xalq Xalq Cümhuriyyətinin yaradılması ümumdünya əhəmiyyətli hadisə kimi” paneli ilə davam edib.
banner

Oxşar Xəbərlər