• cümə axşamı, 25 aprel, 21:16
  • Baku Bakı 21°C

Salyanda yol qəzası olub, üç nəfər xəsarət alıb

21.06.19 10:15 724
Salyanda yol qəzası olub, üç nəfər xəsarət alıb
Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Sarvan kənd sakini Əmrah Əliyev "Mercedes” markalı avtomobili idarə edərkən digər maşınla toqquşub. Nəticədə "Mercedes”in sürücüsü və avtomobildə olan Cəlilabad rayonunun Göytəpə şəhər sakini Kazım Bəhrəmov və onun oğlu Elvin Bəhrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər