• cümə, 26 Aprel, 04:57
  • Baku Bakı 16°C

Salyanda yaşlı kişinin küçədən tapdığı əşya partlayıb

01.09.19 15:13 1419
Salyanda yaşlı kişinin küçədən tapdığı əşya partlayıb
Salyanda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan Aləddin Abbasov Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən əlində partlayıb. Nəticədə o, sol əlindən ciddi xəsarət alıb.
Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən cərrahiyyə şöbəsinə qəbul edilərək əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər