• cümə axşamı, 28 mart, 18:19
  • Baku Bakı 13°C

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb

11.04.21 11:45 1500
Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb
Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.
"Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

banner

Oxşar Xəbərlər