• şənbə, 27 Aprel, 01:01
  • Baku Bakı 14°C

Salyanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib

13.07.18 10:15 638
Salyanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. "Mercedes Vito” markalı mikroavtobus və"Mercedes" markalı minik avtomobilinin toqquşmasınəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı "Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.
Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər