• cümə, 26 Aprel, 06:29
  • Baku Bakı 12°C

Salyanda ev yanıb, iki nəfər yanaraq ölüb

26.02.17 09:30 1156
Salyanda ev yanıb, iki nəfər yanaraq ölüb
Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.APA-nın Mil-Muğan bürosununxəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər