• cümə, 29 Mart, 16:58
  • Baku Bakı 14°C

Salvador Dalinin əsəri hərraca çıxarılıb

19.12.18 10:52 407
Salvador Dalinin əsəri hərraca çıxarılıb
Məşhur sürrealist rəssam Salvador Dalinin hazırladığı xərçəng dəstəkli telefon hərraca çıxarılıb.
Əsər Böyük Britaniya muzeylərinə satış qiymətinə uyğunlaşma imkanı verildikdən sonra 853,000 funta Şotlandiya Milli Qalereyası tərəfindən alınıb.
AZƏRTACyerli KİV-lərə istinadla xəbər verir ki, sənət əsəri bundan sonra Edinburqdakı Müasir İncəsənət Qalereyasında nümayiş olunacaq.
Qeyd edək ki, 1930-cu ildə Salvador Dali öz rəhbəri Edvard Ceyms üçün 11 ədəd belə telefon düzəldib. Qalan 10 telefon isə hazırda ABŞ, Almaniya, Hollandiya, Portuqaliya, Avstraliyadakı muzeylərdə saxlanılır.
banner

Oxşar Xəbərlər