AZE | RUS | ENG |

Sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq

Sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
Azərbaycanda ən yaxın vaxtda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planının qəbul olunması gözlənilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizin sağlamlıq turizmi ilə bağlı böyük imkanları və tarixi var. Bu isə Azərbaycanda sağlamlıq turizminin inkişafına və ölkəmizə bu məqsədlə daha çox turistin gəlməsinə şərait yaradır:
"Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976