• cümə, 26 Aprel, 12:53
  • Baku Bakı 23°C

“Sağlam təməl üzərində qurulan ailələrin sayı azalmaqdadır”

23.05.18 11:46 514
“Sağlam təməl üzərində qurulan ailələrin sayı azalmaqdadır”
Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dəyirmi masa keçirilir.
APA-nın məlumatına gör, tədbirdə parlamentin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, habeləDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov,Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, deputatlar və ekspertlər iştirak edirlər.
A. Naxçıvanlı bildirib ki, ölkədə vətəndaş nikahı çox vaxt fəsadlara gətirib çıxarır: "Bu, qanunvericiliyə əməl olunmaması səbəbindəndir. Çox vaxt kəbinlə kifayətlənirlər. Amma kəbin hüquqi əhəmiyyətə malik deyil. Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır. Ailələrin dağılmasında artım müşahidə olunur. Bunun səbəbləri araşdırılmalıdır”.
Ə. Əmiraslanov isə bildirib ki, son vaxtlar ailə institutunda ciddi problemlər var və bu, cəmiyyəti narahat etməlidir: "Bunun səbəbidir ki, çox vaxt uşaqlarda da zəiflik, qüsurlu hallar çoxalır”.
Tədbir davam edir.
banner

Oxşar Xəbərlər