• çərşənbə, 24 Aprel, 21:18
  • Baku Bakı 23°C

Sağlam qidalanmaya dair müzakirələr təşkil olunub

15.03.17 15:45 599
Sağlam qidalanmaya dair müzakirələr təşkil olunub
Azərbaycan Tibb Universitetində (ATU) həkim-diyetoloqların və Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə əhali arasında sağlam qidalanma davranışlarının aşılanmasına həsr olunmuş dəyirmi masa keçirilib.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən təşkil olunub.
ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən toplantıda universitetin Tibbi profilaktika fakültəsinin dekanı Anar Ağayev çıxış edərək bu sahədə ölkəmizdə irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb.
Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov çıxışında bu strategiya ilə bağlı Prezidentin sərəncamını da xatırladıb. Bildirib ki, qeyri-infeksion xəstəliklərin meydana gəlməsində qeyri-düzgün həyat tərzi, sağlam qidanlanmamaq və s. kimi vacib faktorlar dayanır. Bu xəstəliyə düçar olan orqanizm praktik olaraq müalicə olunsa da, tam sağalma halı müşahidə edilmir.
Həmin kafedranın professoru Maqsud Səfəroviç qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiyanın əhəmiyyətindən danışıb və burada 4 əsas patalogiyanın olduğunu vurğulayıb. Bildirib ki, bura ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki abstruktiv xəstəliklər və şəkərli diabet daxildir.
M. Səfərov onu da qeyd edib ki, bu gün dünyada bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artmaqdadır. "Dünya üzrə 6 milyon insan tütündən dünyasını dəyişirsə, bunun 3.3 milyonu qeyri-infeksion xəstəliklərlə bağlıdır. Çünki, tütün və spritli içki dünyada ölümün əsas səbəblərindən biridir”.
Daha sonra Respublika GigiyenavəEpidemiologiya Mərkəzinin şöbə müdiriZiyəddin Kazımov çıxış edib. O, qeyri-infeksion xəstəliklərin yayılmasında düzgün qidalanmamaq, immunitetin zəifliyi, qeyri-sağlam həyat şəraiti kimi amillərin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, tədbirdə uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva, propedevtika və pediatriya kafedrasının müdiri Əlihüseyn Hidayətov, I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar İsmayılov, II daxili xəstəliklər kafedrasının müdiri Vəsadət Əzizov, ictimai sağlamlıq kafedrasının assistenti Kamran Babayev iştirak ediblər.
Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət planının 9.2-ci bəndinə əsasən qeyri-infeksion xəstəliklərin risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün səmərəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə tədbirlər sırasında sağlam qidalanma, sağlam həyat tərzi, trans-yağlar əvəzinə çoxdoymamış yağ turşularından istifadənin təşviqi ilə bağlı fəaliyyətlər daxildir.
Toplantıda adını çəkdiyimiz mövzular üzrə müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər