• cümə, 19 Aprel, 17:43
  • Baku Bakı 25°C

Salahın qorxunc büstü

05.11.18 12:30 718
Salahın qorxunc büstü
Şarm-əl-Şeyxdə keçirilən incəsənət forumunda nümayiş etdirilən əsərlər arasında "Liverpul”un futbolçusu Məhəmməd Salahın da bürüncdən hazırlanmış büstü olub.
Kaspi.az xəbər verir ki, büstü misirli heykəltəraş Mai Abdel hazırlayıb. O, Salahı, məşhur qol sevincini nümayiş etdirdiyi tərzdə yaratmağa cəhd göstərib. Ancaq büst olduqca bərbad alınıb.
Bir müddət əvvəl "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun da büstü belə bərbad hazırlanmışdı. Ancaq Salahın büstünə baxanda, Ronaldonun büstünü şedevr hesab etmək olar. Sonradan Ronaldonun büstünü dəyişməli oldular.
banner

Oxşar Xəbərlər