• cümə axşamı, 25 aprel, 21:11
  • Baku Bakı 21°C

Salahın etdiyi hərəkətdən utanır

21.01.19 13:25 696
Salahın etdiyi hərəkətdən utanır
"Nyukasl”ın sabiq futbolçusu Alan Şirer "Liverpul”un oyunçusu Məhəmməd Salahı kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Şirer Salahı simulyasiyaya yol verdiyi üçün qınayıb. O, Salahın "Kristal Peles”lə oyundakı hərəkətinin utancverici olduğunu bildirib:
"Salahın belə hərəkətlərini diqqət ayırmaq lazımdır. O, "Nyukasl”la qarşılaşmada da simulyasiyaya yol vermişdi. Bu oğlan artıq belə hərəkətləri adətə çevirir.
O, xırda təması hiss edən kimi özünü yerə yıxır. Salahın belə hərəkətini görəndə utanıram. "Kristal Pelas”ın futbolçuları Salahı simulyasiyada ittiham etdilər. Hesab edirəm ki, onlar ittihamlarında haqlıdırlar”.
banner

Oxşar Xəbərlər