• cümə axşamı, 28 mart, 17:13
  • Baku Bakı 16°C

Salaha görə Əhməddən xahiş etdilər, “yox” dedi

29.10.19 13:30 1096
Salaha görə Əhməddən xahiş etdilər, “yox” dedi
Misir Futbol Federasiyası yığmanın kapitanını dəyişmək niyyətində olub.
Kaspi.az xəbər verir ki, federasiya sarığını "Liverpul”un futbolçusu Məhəmməd Salaha verilməsini planlaşdırıb. Buna görə də, hazırkı kapitan Əhməd Fathidən xahiş edilib ki, sarığını Salaha versin. Ancaq Əhməd bundan imtina edib.
Misir Futbol Federasiyası ilə Salah arasında münasibətlər daim gərgin olub. Ola bilsin ki, federasiya bu addımla futbolçunun könlünü almağı planlaşdırıb.
Fathinin agenti də federasiyanın belə xahişlə müraciət etdiyini etiraf edib:
"Bəli, ona müraciət ediblər. Əhməd bu xahişdən təəccüblənib və "yox” cavabı verib. Hesab edirəm ki, kapitan sarğısını alsalar, o, yığmadan gedəcək. Düşünürəm ki, Salah özü də ondan kapitan sarğısının alınmasına etiraz edər”.
banner

Oxşar Xəbərlər