• cümə axşamı, 25 aprel, 15:20
  • Baku Bakı 23°C

Salah Ramosun jestini niyə parodiya edib?

26.11.18 10:35 549
Salah Ramosun jestini niyə parodiya edib?
"Real”ın futbolçusu Serxio Ramosun Çempionlar Liqasının finalında "Liverpul”la keçirilən oyunda qadağan olunmuş maddə qəbul etməsi müzakirə olunur.
Kaspi.az xəbər verir ki, "Liverpul”un futbolçusu Məhəmməd Salah bu məlumata biganə qalmayıb. Xatırladaq ki, Salah ÇL-in finalında məhz Ramosun kobudluğundan sonra zədələnərək meydanı tərk etmişdi.
Məhəmməd "Uotford”la qarşılaşmada (3:0) qol vurduqdan sonra Ramosun qol sevincini parodiya edib. İngiltərə mətbuatı iddia edir ki, Salah, bununla Ramosun qadağan olunmuş maddə qəbul etməsinə reaksiya verib.
"Liverpul”un baş məşqçisi Jurgen Klopp isə bu məsələyə münasibət bildirmək istəməyib.
banner

Oxşar Xəbərlər