• şənbə, 20 Aprel, 17:25
  • Baku Bakı 23°C

Salah keçiddən bir gün əvvəl ona nə yazıb?

20.07.18 14:10 529
Salah keçiddən bir gün əvvəl ona nə yazıb?
"Roma”dan "Liverpul”a keçən Alisson Beker Məhəmməd Salahla münasibətlərindən yazıb.
Kaspi.az xəbər verir ki, Beker keçidi rəsmiləşməzdən bir gün əvvəl Məhəmmədin ona mesaj yazdığını bildirib. O, transferin rəsmiləşəcəyinə əmin olduqdan sonra Salaha cavab yazıb:
"Salah "Roma”nı tərk etdikdən sonra onunla xeyli söhbətləşmişəm. Keçidim baş tutmamışdan bir gün əvvəl isə o mənə belə bir mesaj göndərmişdi: "Ey, sən kimi gözləyirsən?”
Danışıqlar zamanı prinsipial razılıq əldə edildikdən sonra ona belə cavab yazdım: "Sakit ol, mən artıq yoldayam”.
Yenidən Məhəmmədlə birgə oynayacağıma sevinirəm. O, nəinki əla futbolçu, həm də böyük şəxsiyyət, gözəl insandır. Hər gün belə gözəl futbolçu və insanla bir yerdə olmaq isə əla hissdir”.
banner

Oxşar Xəbərlər