• cümə, 29 Mart, 17:00
  • Baku Bakı 14°C

Salah İtaliyaya gedə bilər, “Ronaldo” “hə” dedi

12.02.19 12:36 669
Salah İtaliyaya gedə bilər, “Ronaldo” “hə” dedi
"Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, Salahın xidmətində "Yuventus” maraqlıdır. Məlumata görə, onun transferi "Yuventus”a 200 milyon avroya başa gələ bilər. Turin nəhənginin lideri Kriştiano Ronaldonun da Salahın transferinə "hə” dediyi bildirilir.
Salah alınacağı təqdirdə, Paulo Dibala satılacaq. Onun, baş məşqçi Massimiliano Alleqri ilə münasibətlərinin gərgin olduğu bildirilir.
Qeyd edək ki, Salah A seriyasında "Roma”nın şərəfini qoruyub. O, cari mövsümdə Premyer Liqada keçirdiyi 26 oyunda 17 qol vurub, 7 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər