Sakitləşdirici, spazmolitik bitki
Xalq təbabətində nanədən geniş istifadə olunur.
Bu bitki sakitləşdirici, spazmolitik, köp əleyhinə təsir göstərir.
Araşdırmalara görə, nanə əhval-ruhiyyəni yüksəldir, beyin fəaliyyətini yaxşılaşdırır, həzmi asanlaşdırır.
Nanə yuxunun normallaşmasına kömək edir, baş ağrıları zamanı effektli təsir göstərir, arterial təzyiqi aşağı salır.