Şakira məşqlərə başlayır

Şakira məşqlərə başlayır

Mədəniyyət
10 Oktyabr 2012, 10:26 1577
Tanınmış pop müğənni Şakira bu gün və sabah Bakıda konsert məşqlərini edəcək. Müğənni ötən gün – oktyabrın 9-da Bakıya gəlib.

O, oktyabrın 13-də Azərbaycanda keçirilən «FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012»nin bağlanış mərasimində çıxış edəcək. Bir gün sonra isə «Baku Crystal Hall»da solo konsert verəcək.

Müğənninin Bakı səfərini «Universal Music Group»un Azərbaycandakı nümayəndəsi olan «Omnikomo Music Group» şirkəti təşkil edib.

Ondan əvvəl Bakıda Rihana və Cenifer Lopez də konsert proqramları ilə çıxış ediblər.