Şakira bakılı pərəstişkarlarına müraciət edib

Şakira bakılı pərəstişkarlarına müraciət edib

Mədəniyyət
02 Oktyabr 2012, 11:38 1446
Dünya şöhrətli Şakiranın Bakı konsertinin təşkilatçısı “Omnikomo Music Group” şirkətinin Facebook-dakı rəsmi səhifəsində müğənninin videomüraciəti təqdim olunub. “Oktyabrın 14-də Şakira bu il yalnız Bakıda konsertlə çıxış edəcək!”, – səhifədə bildirilir.
Şakira qadınlar arasında futbol üzrə dünya çempionatının bağlanışında və “Bakı Kristal Zal”ındakı konserti zamanı möhtəşəm şou nümayiş etdirəcəyini vəd edir.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni özünün Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib ki, oktyabrın 13-14-də Bakıdakı çıxışını səbirsizliklə gözləyir. Bir qədər əvvəl dünya şöhrətli müğənni Şakira hamilə olması ilə əlaqədar bir neçə tədbiri təxirə salıb, lakin Bakıya dəvətdən imtina edə bilməyib.