• şənbə, 20 Aprel, 08:38
  • Baku Bakı 14°C

Sakinlərlə görüş keçirilib

02.02.15 10:54 1450
Sakinlərlə görüş keçirilib
Binəqədi rayonundakı 3 saylı orta məktəbin akt zalında Rayon İcra Hakimiyyəti (BRİH) başçısı Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
BRİH-dən “Kaspi”yə bildirilib ki, görüşdə rayon rəhbəri ilə yanaşı, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 127 nəfər mikrorayon sakini də iştirak edib.
Görüşdə İcra başçısı X.İsgəndərov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Sonra mikrorayon sakinlərindən Əli Əliyev, Allahverdi Qurbanov, Tünzalə Mürsəlova, Aygün Cavadova, Tahirə Mürşüdova və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon İcra Hakimiyyəti başçısı X.İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər