• cümə axşamı, 28 mart, 13:03
  • Baku Bakı 16°C

Sakinlərin etirazından sonra ağacların kəsilməsi dayandırıldı

11.04.14 18:27 1216
Sakinlərin etirazından sonra ağacların kəsilməsi dayandırıldı
Bakının Xətai rayonu, Məzahir Rüstəmov 21 ünvanındakı binanın sakinləri ərazidə ağacların kəsilməsinə etiraz əlaməti olaraq, aksiya keçiriblər. APA TV-nin xəbərinə görə, gecə saatlarında başlayan aksiyanı gündüz davam etdiriblər. Sakinlər kütləvi şəkildə ağacların kəsilməsinə, ərazidə iaşə obyektinin tikilməsinə etiraz edirlər. Hadisə yerinə gələn Xətai rayon Yaşıllaşdırma İdarəsinin rəisi Valeh Quliyev ağacların kəsilməsindən təəsüfləndiyini deyib: "Burda artıq heç nə tikiləməyəcək. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı var, heç nə tikilə bilməz . Sabah ağacları bərpa edəcəyik".
Məlum olub ki, səhər saatlarında naməlum şəxslər yenidən əraziyə gələrək orada olan 20-yə yaxın ağacı da kəsiblər.
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları hadisə yerdə olublar. Onlar tikiləcək obyektin kimə məxsus olduğundan xəbərsiz olduqlarını, sərəncamın nə vaxt verildiyini bilmədiklərini desələr də, APA TV-nin suallarını cavablandırmayıblar.
Sakinlər bildiriblər ki, bir müddət öncə ərazidə 10 ağacı kəsərək tikinti aparmaq istəyən sahibkar Yaşar Məmmədov 12 min manat məbləğində cərimələnib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti ərazini nəzarət götürüb, parka yeni ağaclar əkilib.
banner

Oxşar Xəbərlər