AZE | RUS | ENG |


Şair Vahid Əzizlə görüş keçirilib - Fotolar

Şair Vahid Əzizlə görüş keçirilib - Fotolar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində tanınmış şair və tərcüməçi, AYB-nin və Jurnalistlər Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov şairin həyat və fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib. Professor Tofiq Hüseynoğlu, professor Cəlil Nağıyev, dosent Məti Osmanoğlu, dosent Həqiqət Abdıyeva görkəmli şairin fərdi yaradıcılıq üslubundan danışıblar.

Sonra söz qonağa verilib. İştirakçıları xoş ovqatla salamlayan şair belə bir tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onda olduqca gözəl təəssürat oyatdığını qeyd edib. Ardınca V.Əziz tələbə və müəllimlərin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, öz şeirlərini oxuyub. 

Tədbirdə Filologiya fakültəsinin tələbələri Adilə Hacılı, Zərifə Həmzəyeva, Nigar Cəfərzadə, Rəhiməxanım Mürvətova və Nərminə Fazilova müəllifin şeirlərini səsləndiriblər. 

Sonda qonağa universitet adından hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.   


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6887
GBP 1 İngilis funt sterlinqi 2.1909
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.5948
SEK 1 İsveç kronu 0.1943
EUR 1 Avro 1.8566
CHF 1 İsveçrə frankı 1.7139
USD 1 ABŞ dolları 1.7025